İran Rusiya və Türkiyə arasında olan gərginliyin həlli üçün Ankaraya öz köməyini təklif edib.
Strateq.az TASS-a istinadən bildirir ki, bu barədə İranın vitse-prezidenti İshak Cahangiri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Aşqabadda görüşü zamanı deyib.
“Biz bu münasibətlərin gərginliyindən narahatıq və hesab edirik belə gərginlik regionun xeyrinə deyil. Biz bu gərginliyi azaltmaq üçün kömək etməyə hazırıq“, – deyə İranın vitse–prezidenti bildirib.
“Suriya məsələsində fərqli mövqeyə baxmayaraq, biz terrora və ekstremizmə qarşı birgə mübarizədə əməkdaşlıq etməliyik”, – deyən Cahangiri vurğulayıb ki, dövlətlərin milli süverenliyinə, ərazi bütövlüyünə hörmət prinsipi regionda sülhün yaranmasına xidmət edəcək.
Ərdoğan öz növbəsində qeyd edib ki, Türkiyə gərginliyin azaldılmasında maraqlıdır və dialoqa hazırdır.
X. Səfəroğlu