ABŞ dövlət katibi Con Kerri bu gün Moskvaya gələcək. Ağ Evdən bildiriblər ki, C.Kerrinin əsas müzakirə mövzularından biri Rusiya-Türkiyə münasibətlərində gərginliyin aradan qaldırılması olacaq.
Röyter agentliyi Ağ Evin sözçüsü Coşua Ernestə istinadən bildirir ki, Dövlət Katibi Moskvada Türkiyə ilə münasibətlərdə gərginliyin aradan qaldırılmasının zəruriliyini vurğulayacaq. Onun sözlərinə görə, “hazırda Vaşinqton Moskva ilə Ankara münasibətlərində hər hansı ciddi kəskinləşmə görmür və bu, ümid işığı yandırır”.
C.Kerri özünün Tvitter hesabında bildirib ki, Moskvada Rusiya prezidenti Vladimir Putin və rusiyalı həmkarı Sergey Lavrovla Suriya və Minsk razılaşmalarının yerinə yetirilməsi məsələlərini müzakirə edəcək.
Bu, Kerrinin son 6 ayda Moskvaya ikinci səfəri olacaq. Putinlə görüşü isə, sayca üçüncüdür.
İlk görüş 2013-cü ilin mayında Moskvada, ikinci görüş bu ilin mayında Soçidə baş tutub.
Strateq.az