2015-ci ilin noyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində dəyişikliklər müşahidə olunmayıb. ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb.
Strateq.az Dövlət Statistika Komitəsinin noyabr ayı üçün açıqladığı məlumatlara istinadən xəbər verir ki, birillik bitkilərdən xiyarın, pomidorun, quru otun, soğanın, kartofun, ağ turpun, sarımsağın istehsalçı qiymətləri bahalaşmış, kələmin, balqabağın, yerkökünün istehsalçı qiymətləri ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində çoxillik bitkilərdən əzgilin, xurmanın, heyvanın, narın istehsalçı qiymətləri ucuzlaşıb, fındığın və qozun istehsalçı qiymətləri bahalaşmış, digərlərinin isə qiymətləri sabit qalıb.
Strateq.az