XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 05:24

Neftin ucuzlaşması inkişaf etmiş ölkələrə necə təsir edəcək? – Araşdırma

Neftin qiymətinin aşağı düşməsi dünya iqtisadiyyatı ilə bağlı əsas müzakirə mövzusu olaraq qalır. Ekspertlər bu prosesin qlobal müstəvidə iqtisadiyyata hansı təsirlər göstərə biləcəyini təxmin etməyə çalışırlar.

neft fond.jpg

Röyter agentliyi qeyd edir ki, Brent markalı xam neftin 1 barrelinin qiyməti 36.2 dollardan aşağı düşərsə,  bu 2004-cü ilin ortalarındakı səviyyəyə qədər enmə deməkdir. Məhz 2004-cü ildən başlayaraq neft qiymətləri 10 illik yüksəliş tsiklinə başlamışdı.

Neftin qiymətinin aşağı düşməsinin “qara qızıl” hasil edən ölkələrə neqtiv təsirindən çox yazılıb. Bəs, neftin ucuzlaşması nefti idxal edən ölkələrə nə vəd edir?

Rusiyanın RBK agentliyinin ekspertləri beynəlxalq təşkilatların hesabatları əsasında bu suala aydınlıq gətirməyə çalışıblar. Agentliyin bu məsələ ilə bağlı  araşdırmasında qeyd olunur ki, neftin ucuzlaşması iqtisadi inkişafa təkan verir, inflyasiyanı azaldır, xarici ticarət və büdcə balansı yaxşılaşır.  Şirkətlərin real gəlirləri və mənfəəti artır. Faktiki olaraq, vergilərin azaldılmasında olduğu kimi nəticələr müşahidə olunur. Məsələn,  Dünya Bankının hesablamalarına görə, neftin qiymətinin 45% aşağı düşməsi kənd təsərrüfatı üçün xammalın maya dəyərinin 10% ucuzlaşmasına səbəb olur.  Bu isə öz növbəsində qida və ərzaq məshullarının qiymətinin aşağı düşməsi ilə nəticələnir.

Beynəlxaq Valyuta Fondu iqtisadçılarının bu ilin iyul ayında dərc olunan “Neftin qiymətinin aşağı düşməsinin qlobal nəticələri” məqaləsində qeyd olunurdu ki,  neftin ucuzlaşmasının parəkəndə satış qiymətlərinə təsiri effekti nəzərə alınsa, bu dünya iqtisadiyyatının 0.5% artmasına səbəb olmalıdır.

Dünya Bankının qiymətləndirməsinə görə, neftin 45% ucuzlaşması 1-2 il ərzində ABŞ-ın real ümümdaxili məhsuluna 1.25% əlavə edir.  Avropa İttifaqı ölkələrində isə bu təsirin 1% səviyəsində olacağı təxmin edilir.

Strateq.az