XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2015 - 06:29

Müsəlmanların terrora qarşı koalisiyası, yoxsa şiəliyə qarşı ittifaq?

34 Müsəlman dövləti beynəlxalq terrora qarşı koalisiya qurmaq barədə qərar qəbul edib.

Strateq.az Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyinə istinadən bildirir ki, İslam Əməkdaşlıq Təşkilatı bu barədə yazılı açıqlama yayıb.

Açıqlamada koalisiyanın məzhəbindən, forma və adından asılı olmayaraq, bütün terror təşkilatlarına qarşı yaradıldığı bəyan edilsə də, ittifaqa qoşulanların sırasında İraq, İran və sair şiə dövlətlərin adına rastlanmaması müəyyən suallara yol açır. Ekspertlər bu fakta əsaslanaraq, Səudiyyə Krallığının rəhbərliyi altında fəaliyyət göstərəcək koalisiyanın əslində şiə dünyasına qarşı yaradıldığını təxmin edirlər.

Koalisiyaya qoşulan dövlətlərin siyahısı:

Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Siralyon, Somali, Qabon, Qvineya, Fələstin, Komor Federal İslam Respublikası, Qatar , Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv Respublikası, Mali, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən.

Maraqlıdır ki, siyahıda yer alan ölkələrdən bir çoxu İŞİD-in meydana çıxmasında mühüm rol oynamaqda ittiham olunurlar.

Aralarında İndenoziyanın da olduğu 10 müsəlman ölkəsi koalisiyada yer almasa belə, bu fikri dəstəklədiklərini açıqlayıb.