XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 08:36

ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini məhdudlaşdırdı

 

abs sefirlik.jpg

ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizliyə “qeyri-müəyyən hədələr”lə əlaqədar olaraq, fəaliyyətinin məhdudlaşdırıldığını bildirib.

Strateq.az bildirir ki, bazar ertəsi yaydığı bəyanatda ABŞ-ın Ankaradakı səfirliyi viza müraciətləri ilə bağlı qəbullar da daxil olmaqla, ictimai xidmətlərin bazar ertəsi və çərşənbə axşamı təxirə salındığını və başqa vaxtlara təyin olunacağını bildirib.

Səfirlik ABŞ vətəndaşlarını bu günlər səfirlik binasına gəlməməyə çağırıb.

ABŞ səfirliyi bildirib ki, təhlükəsizliklə bağlı vəziyyət dəyişdikdə səfirliyin iş cədvəli də dəyişə bilər.

Keçən həftə ABŞ-ın İstanbuldakı konsulluğu İŞİD qrupunun mümkün hücumu ilə bağlı kəşfiyyat məlumatlarından sonra xəbərdarlıq etmişdi.