XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 10:39

Britaniyalı investor: “Putin cəzasız qalsa, bir gün bizim də qapımızı döyəcək” – Təhlil

putin-esas.jpg

Vladimir Putin hazırda Yaxın Şərqdə hərbi həmləyə başlayarkən çoxları öz-özünə sual edir ki, o, məhz hansı səbəbdən oradadır? Rusiya prezidenti bütün dünyanı əmin etmək istəyir ki, orada İŞİD-i darmadağın etməyə yardım edir.

Skeptik icmalçılar deyirlər ki, o, Suriyada Bəşər əl-Əsəd rejimini müdafiə edir və Rusiyanın Aralıq dənizindəki yeganə Tartus bazasını qoruyur. Türklərin noyabrda vurduğu Rusiya təyyarəsi ucbatından Moskvanın Suriyada hərbi iştirakı daha mürəkkəb və dolaşıq oldu.

Bu əsaslandırmaların hamısında həqiqət payı var, lakin Putinin həyata keçirdiyi hərbi müdaxilənin başlıca səbəbinin Suriyaya heç bir dəxli yoxdur. Onun Ukraynaya və Rusiyanın 2014-cü ildə bu ölkəyə müdaxiləsindən sonra Qərbin ona qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara dəxli var.  

Putin necə gərginliklə işlədiyini göstərir və xəyali 89%-lik reytinqi ilə öyünməklə dünyaya özünün xudpəsənd obrazını təqdim edir. Lakin əslində, ciddi təlaş içindədir. Rusiyada iqtisadi böhran güclənir. Rusiya şirkətlərinin valyuta borcu 600 mlyard dolları keçir, Qərb bankları isə sanksiyalara görə onu yenidən maliyyələşdirə bilmir. Bu borcun bağlanması üçün yeganə vəsait ehtiyatı Rusiya Mərkəzi Bankındakı 400 milyard dollardır.

Proqnozların əksəriyyətinə görə, sanksiyalar ləğv edilməsə, iki-üç ildən sonra Rusiyanın pulları qurtaracaq. Bu sanksiyalarn götürülməsi Putinə son dərəcə lazımdır. Bu məqsədə yetmək üçün ən ağlabatan üsul Ukrayna, Rusiya, Fransa və Almaniyanın 2015-ci ilin fevralında bağladığı II Minsk sazişinin şərtlərnin yerinə yetirilməsidir. Bu tədbirlər paketinin məqsədi Rusiyanın Ukraynaya faktiki müdaxiləsini dayandırmaq idi. Bunun üçün Rusiya qiyamçı güclərə dəstəyi kəsməli, Ukraynanın şərqindən ağır silahları və şəxsi heyəti çıxartmalı, həmçinin Şərqi Avropanın xəritəsini dəyşdirmək cəhdlərini dayandırmalıdır.

Təəssüf ki, son 15 ildə Putin rejimi ilə şəxsi münaqişələrim ucbatından bildim ki, o, heç vaxt savaşdan yayınmır və ölənədək dalaşır. O, əl-qolunu yanına salıb dursa və hücumdan sonra sağ qalsa, onu zəif sayacaqlar və hörmətini və bununla birgə qalan hər şeyini itirəcək. O, bu cür hesalama ilə hər gün yatağına girir və yuxudan oyanır. Lakin Putin məhz bu səbəbdən Minsk-2 sazişinin şərtlərini yerinə yetirmək niyyətində deyil və buna görə də dilemma ilə üzləşir. O, Ukraynadan geri çəkilə bilməz, lakin Qərb sanksiyalarına da tab gətirməyəcək.

Bəs nə etməli?

Və budur, öz ordusunu son dərəcə təhlükəli duruma atmaqla Suriyaya göndərir. Mən deyərdim ki, o, Suriyanın bütün Avropaya axışan qaçqınlar ordusunda özü üçün əlverişli imkan gördü. Qərbi Avropa ölkələri var gücü ilə bu böhranı nizamlamağa və sülh həlli haqda razılığa gəlməyə cəhd edir. Lakin Putin öz hakimiyyət və nüfuzundan istifadə etmək, Əsədi danışıqlar masası arxasına əyləşməyə məcbur etmək əvəzinə Suriyaya iki min hərbçi və gündə onlarla döyüş uçuşları həyata keçirən bombardmançı aviasiya göndərməyi qət etdi. Əlbəttə, bu ona sərf edən rejimi dəstəkləməyə və Rusiya hərbi-dəniz bazasını qorumağa kömək edir və bunu etiraf etməmək olmaz. Lakin bu cür addımlar, eyni zamanda daha çox adamı müharibənin viran qoyduğu ölkədən qaçmağa vadar edib qaçqınlarla bağlı durumu ağırlaşdırır.

Bu, kənar müşahidəçiyə Putinin hərbi fəaliyyətinin yan effekti kimi görünə bilər, lakin mənim baxışıma görə, bu, yan effekt deyil, daha çox qəsdən edilir. Jane’s Defence Weekly-nin məlumatına görə, bütün bu əməliyyatlar gündə, ən azı, 2,4 milyon dollara başa gəlir.

Sanksiyaların götürülməsinə nail olmaq üçün bunun Putinə necə köməyi dəyə bilər?

Hərbi əməliyyatlar ancaq onun həll edə biləcəyi problemlər yaradır. Hansısa məqamda Avropaya təzyiq o qədər güclü ola bilər ki, onun liderləri Putinə yalvarmağa başlayarlar ki, dayansın. Və Putin onda soyuq-soyuq Qərbə baxaraq deyəcək: “Əlbəttə. Lakin əvvəlcə Rusiyaya qarşı bütün sanksiyaları ləğv etməli və onun yeni sərhədlərinə sayğı ilə yanaşmalı olacaqsınız”.

Qaçqınlarla bağlı durumun Qərbdə yaratdığı çarəsizlik nəzərə alınsa, bu başdan deyə bilərəm ki, qərbli liderlər geri çəkiləcək və könülsüz olsa da, Surya böhranının həllinə əvəz olaraq Ukraynanı təhvil verəcəklər.

ümidvaram ki, mən yanılıram. ümid edrəm ki, Birləşmiş Ştatlar və Avropa Birliyi Putinə qarşı çıxacaq. Axı ona bu gün Suriya və Ukraynada cəzasız şəkildə törətdiklərini etməyə imkan versək, bu adam bir müddətdən sonra bizim də qapımızı döyəcək.

 

Bill Brauder

Beynəlxalq maliyyəçi və investor

Prospect-magazine (Böyük Britaniya), 15.12.2015