Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağ müharibəsində itkin düşmüş şəxslərin adı daxil edilmiş yeni siyahını Azərbaycana və Ermənistana təqdim edib.
Strateq.az bildirir ki, bu barədə BQXK-nin Yerevan nümayəndəliyi məlumat yayıb. Məlumatda bildirilir ki, siyahıya BQXK-nin Bakıda və Yerevanda, həmçinin Dağlıq Qarabağda olan missiyası tərəfindən qeydə alınmış 4496 şəxsin adı daxil edilib.
Əvvəlki variant 2004-cü ildə tərəflərə təqdim olunmuşdu.