İnternetdə Qacar sülaləsindən olan sonuncu İran şahı Əhməd şah Qacarın nadir kino xronikası yayılıb.
Strateq.az bildirir ki, 1919-22-ci illəri əhatə edən xronikada şahın öz əyanları ilə saraydan çıxışı, müxtəlif tədbirlərdə iştirakı əks olunub. Bir epizodda şahın öz taxtında oturaraq rəsmi keçidə baxması göstərilir. Şahın ətrafında elit mühafizə qrupu olan kazak süvariləri görünür.
Başqa bir epizodda Əhməd şah İranın yeni aldığı gəmiyə baxış keçirir və şəxsi heyətlə görüşür. Daha bir kadrda isə şah təyyarələrin uçuş zolağında göstərilir. Əhməd şah pilotlarla salamlaşır. Titrdə “Əlahəzrət çətin havada həyəcan doğuran tryuklar göstərən aviatorları təbrik edir” yazılır.
Xronikada şah sarayının bütün əyanları əks olunub. Bundan başqa, şahın ətrafında əcnəbilərin olduğu da sezilir.
Sultan Əhməd şah Qacarlar nəslindən olan sonuncu İran şahıdır. Sultаn Əhməd Mirzə Məhəmmədəli şah oğlu 1897-ci ildə Təbriz şəhərində dоğulub. Mükəmməl saray təhsili alıb. Sultаn Əhməd Mirzə 1909-cu ildə аtаsı кönüllü surətdə şаhlıqdаn əl çəкəndən sоnrа tахtа əyləşib. Əhməd şаh 1925-ci ildə şаhlıqdаn dеvrilib. Ondan sonra taxta Pəhləvi sülaləsi çıxıb.
Əhməd şah 1930-cu ildə vəfаt еdib.
X.SƏFƏROĞLU
https://www.youtube.com/watch?v=Eh11MeznqFk