XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 19:45

Rusiya Maliyyə naziri: “Bizi çətin sınaq gözləyir”

“Büdcə layihəsini hazırlayarkən neftin qiymətini 50 dollardan götürdük. İndisə qiymətlər 36-37 dollar arasında dəyişilir. Əgər qiymətlərin ucuzlaşması davam edərsə, ehtiyat planları gözdən keçirməliyik”.

Strateq.az xəbər verir ki, bu sözləri Rusiyanın Maliyyə naziri Anton Silvanov deyib.

Tatarıstanın paytaxtı Kazanda bir toplantıya qatılan Silvanovun sözlərinə görə, “qara qızıl”ın qiyməti 30 dollara qədər düşə bilər və belə olan təqdirdə Rusiyanı çətin sınaq gözləyir.

Qeyd edək ki, Dünya Bankının hesabatında İrana tətbiq olunan sanksiyaların ləğvindən sonra qiymətlərin daha çox enməsi gözlənilir. İrana qarşı sanksiyaların ləğvinin həyata keçirilməsi isə gələn ilin ilk günlərindən başlayacaq. Belə görünür ki, Rusiya və ümidini neftə bağlayan digər ölkələrin qara günlərinə çox qalmayıb.

Azərbaycan da neftin qiymətlərinin enməsindən mənfi yöndə təsirlənən ölkələrdəndir. Rusiyanın ehtiyat tədbirləri deyərkən nəyi nəzərdə tutduğu bəlli olmasa da, rəsmi Bakı indidən cərimələrin sayını və miqdarını artırıb. Hakimiyyətin bununla hədəflənən məqsədə çatıb-çatmayacağını qısa zamandan sonra görəcəyik.