XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 03:08

Kerrinin Moskva səfəri: Putinlə 3 saatlıq görüş, Köhnə Arbatda gəzinti və 500 dollarlıq suvenir…

kerri-putin-2.jpg

ABŞ dövlət katibi Con Kerri Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra bildirib ki, Birləşmiş Ştatlar “İslam Dövləti” adlı ekstremist qruplaşmaya qarşı Rusiya ilə birlikdə mübarizəni davam etdirməyə hazırdır və bu iki ölkənin ümumi fəaliyyəti hazırda çox səmərəli şəkildə gedir. 

“Həqiqətən də biz bəzi razılaşma nöqtələri tapdıq və terrorçu qruplaşmaların təsnifatı məsələsindəki çətinliklər barədə danışdıq” – deyib Kerri.

Eyni zamanda Con Kerri ABŞ-ın Rusiya hərbi aviasiyasının Suriyada müxalifətə zərbələr endirməsindən narahat olduğunu bildirib.

“Biz Rusiyanın bəzi aviasiya zərbələrinin İŞİD-ə yox, mötədil müxalifətə endirilməsindən narahatlığımız barədə söhbət etdik. Demək lazımdır ki, prezident Putin bu məsələni diqqətə aldığını bildirdi” – deyib ABŞ dövlət katibi.

Xəbər verilir ki, Con Kerrinin Vladimir Putinlə və xarici işlər naziri Sergey Lavrovla görüşü ümumilikdə 3 saatdan çox çəkib.

Bu səfər zamanı Con Kerri ABŞ-ın, Suriya prezidenti ilə bağlı mövqeyini bir daha səsləndirib və bildirib ki, Bəşər Əsəd hakimiyyətdə qala bilməz.

“Biz hesab edirik ki, Əsəd gələcəkdə Suriyanın prezidenti olaraq qala bilməz, lakin biz bu gün diqqətimizi aramızdakı fikir ixtilaflarına yox, siyasi prosesə yönəltmişik” – deyib dövlət katibi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Kerri ilə danışıqlarda tərəflərin Suriyaya dair Vyana razılaşmalarına sadiq qaldıqları təsdiq edilib.

Rusiya xarici işlər naziri bəyan edib ki, dövlət katibi ilə danışıqlarda, terrorçu hesab olunan təşkilatların ortaq siyahısının və danışqılarda iştirak edəcək Suriya müxalifəti nümayəndələrinin namizədliyinə dair müzakirələr aparılacağı barədə razılaşma əldə olunub.

Moskvada səfərdə olduğu saatlarda Con Kerri ABŞ-ın Rusiyadakı səfiri Con Teft və öz müavini Viktoriya Nulandın müşayiəti ilə Köhnə Arbat küçəsində gəzintidə olub, moskvalılarla söhbət edib və 35 min rublluq (500 dollar) suvenir alıb.

azadliqradiosu.az