XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 04:50

ABŞ Mərkəzi Bankı “dollar qərarını” bu gün açıqlayacaq

dollari.jpg

ABŞ Mərkəzi  Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi (FES)  Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısının nəticələri bu gün açıqlanacaq. FES-in bu gün 2006-cı ildən bu yana, son 10 ildə ilk dəfə baza uçot dərəcəsini 0.25 artıracağı gözlənilir. Əgər bu baş versə  2008-ci ildən bəri 0.25% səviyyəsində olan baza uçot dərəcəsi 0.50% təşkil edəcək.  FES-in qərarı Bakı vaxtı ilə saat 23.00-da açıqlana bilər.

Ekspertlər FES-in baza uçot dərəcəsinin 0.25% qaldıraracağı halda, bunu “siqnal artımı” kimi qiymətləndiriləcəyini bildirirlər.  Əgər baza uçot dərəcəsi artsa və bazarlar bunu normal qəbul etsələr, ciddi sarsıntılar olmasa FES  hər kvartalda artıma gedə bilər.

Hazırda ABŞ iqtisadiyyatı ilə bağlı statistik məlumatlar FES-in baza uçot dərəcəsinin artırması üçün yaxşı zəminlər olduğunu deməyə əsas verir. Noyabr ayında ABŞ-da işsizlik 5% səviyyəsində qalıb, bu son 7 ildə ən aşağı göstəricidir.  Dövlət borcunun üDM-ə nisbətdə həcmi, büdcə defisiti azalıb. Yalnız inflyasiyanın aşağı səviyyədə olması neqativ faktor kimi qiymətləndirilir.

Ekspert dairələrində ABŞ-da baza uçot dərəcəsinin 0.25% qalxmasının ölkə daxillində və qlobal miqyasda mümkün nəticələri ilə bağlı fikir ayrlığı var. Bir çox ekspertlər qeyd edirlər ki, indiki mərhələdə 0.25% artım bazarlar və birjalar tərəfindən normal qarşılanacaq. Belə ki, hələ ötən ildən FES uçot dərəcəsinin arta biləcəyi ilə bağlı  mesajlar verir və artıq bazarların bütün iştirakçıları buna hazırlaşıb.

ABŞdan kənarda isə inkişaf etməkdə olan ölkələrdən kapital axınının sürətlənəcyi, xammalın qiymətinin aşağı düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda bu ölkələrdə devalvasiya proseslərinin güclənəcəyi gözlənilir. Amma ABŞ-da uçot dərəcəsinin tədricən artırlması siyasətinin yürüdülməsinin mümkün neqativ təsirlərin qismən azaldacağına ümid edilir. çünki birja və bazarların hazırlıq üçün kifayət qədər zamanı olacaq. Bununla belə, istənilən halda bu qərar inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları üçün əlavə risklər və çağrışlar yaradır. Onlar investorları cəlb etmək üçün yeni ideya və cazibadar vasitələr fikirləşməli olacaqlar.

 Strateq.az