XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 05:32

Azərbaycan iqtisadiyyatında son durum – Neft gəlirləri azalır, ixrac aşağı düşür

iqtisadi-bohran-5.jpg

Artıq 2015-ci ilin 10 ayı  (yanvar-oktyabr) ilə bağlı statistik rəqəmlər açıqlanır. Statistik məlumatların təhlili göstərir ki, 2015-ci ildə hökumət büdcə öhdəliklərini yerinə yetirsə də, valyuta ehtiyatları sürətlə azalır, ixrac aşağı düşür, inflyasiya artır, bahalaşma açıq hiss olunmağa başlayır. Eyni zamanda neftin qiymətinin aşağı düşməsi ölkənin neft gəlirlərini azaldır, bu isə öz növbəsində yeni risklər yaradır. Vergilərin toplanmasında da çətinliklər müşahidə olunur, daxili  və xarici faktorlar, xüsusən neftin qiymətinin aşağı düşməsi manata təzyiqi artırır.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 13 milyard 874,1 milyon manat vəsait daxil olub, büdcədən 13 milyard 925,3 milyon manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 51,2 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,1 faizi səviyyəsində olub.

Büdcə xərclərinin 5,4 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 3,2 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 5,3 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib. 

Qeyd edək ki,  2015-ci il dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat təsdiq edilmişdi.

2015-ci ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 50,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 18,7 faizi isə digər sahələrdə istehsal edilmişdir.

ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1,9 faiz artaraq 5255,5 manata bərabər olmuşdur. 
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-noyabr aylarında 24,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 

Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 29,5 faizi emal sektorunda, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. 

Mədənçıxarma sektorunda məhsul istehsalı 2,8 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,3 faiz artmış, neft hasilatı isə 0,4 faiz azalmışdır. 

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17205,9 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 9765,0 milyon dollarını və ya 56,8 faizini ölkədən ixrac olunmuş məhsullar, 7440,9 milyon dollarını (43,2 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 2324,1 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,3 faiz, o cümlədən ixrac 6,0 faiz azalmış, idxal isə 0,3 faiz artmışdır. Ticarət dövriyyəsinin 11,9 faizi MDB üzvü ölkələrinin, 46,8 faizi Avropa İttifaqı ölkələrinin, 41,3 faizi isə digər ölkələrin payına düşmüşdür. 

Oktyabr ayı ilə müqayisədə noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşmış, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməmişdir. ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz bahalaşmışdır.

 2014-cü ilin eyni dövrünə nisbətən cari ilin yanvar-noyabr aylarında ərzaq məhsullarının qiymətləri 5,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,0 faiz bahalaşmışdır. ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,7 faiz bahalaşmışdır.

Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il noyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,6 milyard manat təşkil etmiş, onun 14,2 milyard manatı uzunmüddətli kreditlər olmuşdur. Kreditlərin həcmi 2014-cü il noyabr ayının 1-i ilə müqayisədə 4,1 faiz artmışdır. ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,0 faizini təşkil etmişdir. 

Strateq.az