XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2015 - 08:04

Prokuror Rauf Mirqədirova 7 il il həbs cəzası istədi

rauf mirqed.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev bildirib ki, dövlət ittihamçısı çıxış edib: “Prokuror Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib”.

Növbəti proses dekabrın 23-də keçiriləcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.