XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 10:01

Səudiyyənin elan etdiyi antiterror koalisiyasında qalmaqal: Pakistan və Livan adının siyahıdan çıxarılmasını tələb edir

 

seud seyx.jpg

Səudiyyə Ərəbistanının dünən elan etdiyi antiterror koalisiyası ilə bağlı ciddi qalmaqal yaranıb.

Strateq.az bildirir ki, Pakistan bu koalisiyaya girməsi barədə heç vaxt razılıq vermədiyini bəyan edib.

Pakistan xarici işlər nazirinin müavini Ərəbistanın yeni təşkil etdiyi hərbi koalisiyaya, İslamabadın razılığını almadan bu ölkənin adını da daxil etməsini tənqid edib.

İzaz Əhməd çodəri bildirib ki, Ərəbistanın hərbi koalisiyanın təşkil edilməsi ilə bağlı rəsmi açıqlamasını eşitdikləri zaman son dərəcə təəccübləniblər. “Başa düşə bilmirik ki, Ərəbistan Pakistanın adını necə bu siyahıya daxil edib”.

O daha sonra deyib ki,  Pakistan Ər-Riyaddakı səfirliyi vasitəsi ilə Ərəbistan rəsmilərindən bu məsələyə aydınlıq gətirmələrini istəyib.

Livan da bu bloka adının salınmasından xəbərisz olub. Livanın Xarici İşlər Nazirliyi Ərəbistanın bu hərəkətinə etiraz edib.

Ərəbistanın rəsmi xəbər agentliyi çərşənbə axşamı  34 ölkənin adının yer aldığı bir siyahı açıqlayaraq, bu ölkələrin adlarının yeni təsis edilən “Terrorizm İlə Mübarizə üzrə İslam ölkələri Koalisiyası”na daxil olduqlarını açıqlayıb. Halbuki, bu siyahıda adı olan bir çox ölkə öncədən bu barədə məlumatlandırılmayıb.

Ər-Riyad iddia edir ki, İordaniya, BƏƏ, Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Seraleon, Somali, Qana, Fələstin, Komor, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Nigeriya, Niger, Yəmən və Uqanda Ərəbistanın başçılıq etdiyi bu koalisiyaya qoşulmaq ilə razılaşıblar.