XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 10:09

“Günəşli”dəki qəza 300 kvadrat kilometr ərazini çirkləndirib – Peykdən çəkiliş

 

gunesli peyk.jpg

 

“Günəşli” yatağında baş verən yanğından sonra Xəzər dənizinin neftlə çirklənmiş ərazisi böyüməkdədir.

 Bu barədə RİA “Novosti” agentliyi “Sentinel-1A” radiolokasiya peykindən aparılan çəkilişlərə istinadən xəbər verir.

 “Dekabrın 13-də Avropanın “Sentinel-1A” radiolokasiya peykindən qəzanın baş verdiyi ərazinin çəkilişləri aparılıb. Şəkildə görünür ki, “Günəşli” yatağının ətrafı neftlə çirklənməkdədir və çirklənmə şimala doğru genişlənir. çəkiliş zamanı əldə olunan məlumatlar göstərir ki, dekabrın 13-ə çirklənmiş ərazinin sahəsi 300 kvadrat kilometr təşkil edir”, – deyə “Skaneks” şirkətinin məlumatında bildirilir. (APA)

 Şəkildə neftlə çirklənmiş ərazi tünd rəngdədir.

Platforma ətrafındakı ağ nöqtələrlə isə  gəmilər və hasilat platformalarıdır.

“Sentinel-1A” peyki vasitəsilə dekabrın 7-də əldə olunan məlumatlara görə, neftlə çirklənmiş ərazinin ümumi sahəsi 200 kvadrat kilometr olub. Göründüyü kimi, neftlə çirklənmiş ərazi sürətlə genişlənir.