XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2015 - 13:10

Kəmaləddin Heydərov Binəqədi İcra Hakimiyyətini “vurdu”: “Bu, istintaqda üzə çıxır”

heyderov-2.jpg

Bəzi rayon və şəhər icra hakimiyyətləri təmir-tikinti işləri zamanı yanğına davam gətirməyən materiallardan istifadə ediblər.

Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı yanğınsöndürənlər ölümlərini gözləri önünə alaraq çoxlu sayda insanları xilas etdilər: “Təəssüflər olsun ki, yanğında 15 nəfər həyatını itirdi. Təəssüflər olsun ki, nazirliyin müvafiq qurumlarının dəfələrlə rayon və şəhər icra hakimiyyətlərinin başçılarına xəbərdarlıq məktublarına, göstərişlər verməsinə baxmayaraq, bəzi rayon və şəhər icra hakimiyyətləri binaların əsaslı təmirində yanğına davamlı olmayan materiallardan istifadə edib. Biz sonra da gördük ki, icra hakimiyyətləri abadlıq zamanı yanğına davamlı olmayan materiallardan istifadə ediblər. Bu, istintaqda da üzə çıxır” (“Trend”).