XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 17:11

“Ərəb baharı”nın neçəyə başa gəldiyi açıqlandı: 833 milyard dollar

2010-cu ildən başlayıb bu günə qədər davam edən “ərəb baharı” ərəblərə nə az – nə çox, düz 833 milyard dollara başa gəlib.

Strateq.az xəbər verir ki, Ərəb Strateji Forumunun hazırladığı hesabatda belə deyilir.

Dubayda təşkil olunun “Ərəb baharının nəticələri” adlı konfransın açılışında səsləndirilən hesabat nüfuzlu beynəlxalq təşkilatların statistik məlumatlarına istinadən hazırlanıb. Hesabatda ərəblərin ödədikləri bədəlin əsasən hansı sahələrə “xərcləndiyi” də öz əksini tapıb. Bildirilir ki, baş verən inqilabi proseslər və vətəndaş qarşıdurmaları nəticəsində ərəb ölkələrinin infrastrukturuna 461 milyard dollarlıq zərər dəyib. Yerli istehsal müəssisələri də az itirməyib: təxminən, 289 milyard dollar.

“Ərəb baharı” ərəb səhmlərinə də qənim kəsilib. Yaxın Şərq ölkələrinin səhmdarları 18.3 milyard dollarlarından olublar. Bu ölkələrə xarici investisiyalar 16.7 milyard dollar, turizm sektoru isə 2010-2014-cü illər arasında 103.4 milyon turst itirib.

Son 4 ildə 14 milyon adamın evsiz-eşiksiz qaldığı bildirilən hesabatda qaçqınlara çəkilən xərcin isə 48,7 milyard dollar olduğu göstərilir.

“Ərəb baharı”nın zərərləri bununla da bitmir. Onun vurduğu zərərlər arasında yüz minlərlə insanın canından olması, xaricə mühacirət etmək məcburiyyətində qalması da var və nə yazıq ki, bu göstəricilər iqtisadi hesabatlarda öz əksini tapmır.

Strateq.az