XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2015 - 21:20

ABŞ-dan Azərbaycan hakimiyyətinə qəfil zərbə – Konqres məmurlarımıza qarşı sanksiya tətbiq etməyə hazırlaşır!

 

konqres abs.jpg

ABŞ Helsinki  Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə  qanun layihəsini artıq Konqresə təqdim edib.

Strateq.az bildirir ki, bu barədə Helsinki Komissiyasının rəsmi saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki,  “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsini Konqresə Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Kris Smit təqdim edib.

Kris Smitin təqdim etdiyi sənədin girişində qeyd olunur ki, qanun layihəsi Azərbaycan hökumətinin müstəqil jurnalistləri, müxalif siyasətçiləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq üçün uzun illər ərzində göstərdiyi sistemli cəhdlərdən sonra hazırlanıb. 

Layihədə təklif edilir ki, Azərbaycan hökumətinin yüksək vəzifəli məmurlarına, hakimiyyətə yaxın biznesmenlərə, təhlükəsizlik və məhkəmə sisteminin üzvlərinə ABŞ-a viza verilməsindən imtina olunsun və eyni zamanda onlara qarşı maliyyə sanksiyaları tətbiq edilsin.

smith.png

Kris Smit

“Biz etiraf edirik ki, ABŞ-la Azərbaycan arasında çox vacib milli təhlükəsizlik, iqtisadi əlaqələr var. Lakin Birləşmiş Ştatlar Azərbaycanda insan haqlarının pozulmasıyla əlaqədar yaranmış dəhşətli vəziyyətə göz yuma bilməz”, – deyə konqresmen Smit sənədi təqdim edərkən bildirib.

O, Azərbaycanda insan haqları və əsas azadlıqlar sahəsində acınacaqlı vəziyyətin hökm sürdüyünü, buna dair çoxsaylı faktlara malik olduqlarını xatırladıb: “Jurnalistlər və fəallar mütəmadi şəkildə həbs olunur, məhkum edilir. Müxalifətdən olan siyasətçilər həbsxanaya salınıb. Bu ölkədə azad və ədalətli seçki keçirilmir. İnsan haqları müdafiəçiləri, vəkillər təqiblərə məruz qalır. Onlar vəkillik statusundan məhrum edilir. Burada dini azadlıqlara da hücumlar var. “Azərbaycanda Demokratiya Aktı” göstərir ki, Birləşmiş Ştatlar insan haqları və əsas azadlıqlara ciddi yanaşır və hökumət siyasi müxalifəti, kütləvi informasiya vasitələrini, dini azlıqları əzəndə, biz güzəştə getməyəcəyik. Bu yolverilməzdir ki, Azərbaycan hakimiyyətinin yüksək vəzifəli üzvləri rahat şəkildə ABŞ-a gəldiyi halda, jurnalist Xədicə İsmayılova, vəkil İntiqam Əliyev, müxalif siyasətçi İlqar Məmmədov, ictimai fəal Anar Məmmədli kimi cəsarətli insanlar həbsxanaya salınır, onların hətta tibbi yardım alma hüquqları belə, təmin olunmur. Əgər bu adamlar insan haqlarını müdafiə etməklərinin bədəlini bu şəkildə ödəyirlərsə, biz də ən azı, onlarla birlikdə olduğumuzu göstərməliyik”.

Bildirilir ki, sanksiyalar yalnız Azərbaycan hökuməti siyasi məhbusları azadlığa buraxmaq, vətəndaş cəmiyyətinə qarşı hücumları dayandırmaq, ölkədə azad və ədalətli seçkilər keçirmək istiqamətində əhəmiyyətli irəliləyiş edəndən sonra aradan qaldırıla bilər.

Strateq.az