XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2015 - 22:19

ABŞ-ın vitse-prezidenti Türkiyəni İraqdan çıxmağa çağırdı: “İcazəsiz giriblər”

 

bayden.jpg

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyədən İraq ərazisindən hərbçiləri çıxarmağa çağırıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə C.Bayden İraqın baş naziri Heydər Əl-Abadi ilə söhbətdə bildirib.

“Hərbi qüvvələr İraq hökumətindən icazəsiz yerləşdirilib. ABŞ İraqın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və Türkiyəni də buna çağırır”, – deyə Ağ Evin məlumatında deyilir.