Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Vladimir Putinin illik yekun mətbuat konfransının formatı dəyişməz qalacaq. “İnterfaks” agentliyinin məlumatına görə V.Putinin illik yekun mətbuat konfransı bu gün Moskvada keçiriləcək.
D.Peskov bildirib ki, bu ənənəvi fotmatda olacaq, Rusiya prezidenti ölkədə və dünyada baş verən hadisələr, ən aktual məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandıracaq. Peskovun sözlərinə görə, bu formatı modernləşdirmək çox çətindir: “Bunu necə modernləşdirmək olar? Biz jurnalistlərin suallarını modernləşdirə bilmərik? Bu qeyri-korrekt və düzgün olmazdı”.
Onun sözlərinə görə, jurnalistlərə çox nadir hallarda Prezidenti təəcübləndirmək müyəssər olur. Mətbuat konfransında əsas mövzular ölkədəki iqtisadi vəziyyət və beynəlxalq məsələlər olacaq.
Mətbuat konfransına 1392 KİV nümayəndəsi akkreditasiya olunub.
Strateq.az