XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2015 - 10:44

Putin Saakaşvilini də söydü: “O, Ukrayna xalqının üzündəki tüpürcəkdir”

putin barmaq.jpg

“Saakaşvili  Ukrayna xalqının üzündəki tüpürcəkdir”.

Strateq.az bildirir ki, bu barədə Putin bugünkü mətbuat konfransında Gürcüstanla olan münasibətləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyünün pozulmasının gunahı birbaşa Mixail Saakaşvlinin boynundadır: “İndi onu Ukraynaya göndəriblər. Orada da öz iş uslubunu nümayiş etdirir”.

Bu Ukrayna xalqının üzündə tüpürcəkdir. Ukrayna xalqına deyirlər ki, sizi idarə etmək üçün daha sivil adamlar göndəriləcək. Məgər, 45 milyonluq xalqın içindən 10-20 nəfər savadlı və qabiliyyətli adam tapa bilmədliər?”

Putin Gürcüstanla  əlaqələri bərpa etməyə hazır olduqlarını bəyan edib.

Putin Gürcüstanın ərazi bütövlüyünün bərpası ilə bağlı maraqlı cavab verib: “Ərazi bütövlüyü məsələsinə gəlincə, bu, gürcü, abxaz və osetinlərlə müzakirələrdən asılıdır. Onlarla işləyin”.

Putin həmçinin Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduğunu bildirib.