XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 11:28

Putin qızlarından danışdı: “Onlar Rusiyada yaşayır, biznesləri də yoxdur”

putin qizlari.jpg

Rusiya prezidenti Putin bugünkü mətbuat konfransıda öz qızlarından danışıb.

“Mənim qızlarım Rusiyada yaşayır. Rusiyadan başqa heç bir xarici ölkədə təhsil almayıblar. Onlarla fəxr edirəm”, – deyə Putin bildirib.

Onun sözlərinə görə, bir neçə il əvvəl qızlarının Avropanın ali məktəblərində oxuması barədə yazılar yazılırdı.

“Qızlarım Rusiyada oxuyur və işləyirlər. Onlar 3 dildə sərbəst danışırlar. İndi onlar karyeralarında ilk addımlarını atırlar. Mən heç vaxt ailədaxili məsələlər barədə danışmağı xoşlamıram. Qızlarım bizneslə məşğul olmurlar“.

Putin qızlarının harada işləmələri barədə danışmaq istəməyib və bunu təhlükəsizliklə izah edib. “Mənim qızlarım heç vaxt “ulduz uşaq” olmayıblar. Onlar sadəcə öz həyatlarını yaşayır. Ləyaqətlə yaşayırlar”.

X.SƏFƏRLİ