XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2015 - 12:19

“Manatın ABŞ dollarına qarşı məzənnəsi…” – Mərkəzi Bankdan daha bir açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın məzənnəsinə təsiri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

AMB-nin yaydığı rəsmi açıqlamada deyilir:

“Azərbaycan Respublikası Mərkəzi Bankının Mətbuat Xidmətinə daxil olmuş sorğular ilə bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir”.