XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 05:03

Neftin qiymətiylə bərabər, MDB iqtisadiyyatları da geriləyir

valyuta-sebeti.jpg

ABŞ Federal Ehtiyat Sisteminin baza uçot dərəcəsini 0.25%-dən 0.5%-ə artırması neftin qiymətinin ucuzlaşmasına ciddi təsir göstərib. Brent markalı neftin 1 barrelinin satış qiyməti 37 dollara qədər düşüb. Bu isə qərar qəbul olunan gündən bu yana 5% ucuşlaşma deməkdir. Dünən isə Brent markalı neft 3.33% dəyərdən duşüb.

Neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələr üşün yeni iqtisadi rsiklər yaradıb. Xüsusən Rusiya üçün ciddi problemlər başlayıb. Artıq bu ölkənin milli valyutası rubl dollara nisbətdə rekord səviyyədə ucuzlaşıb: 1 dollar artıq 77 rubla alınır.

MDB məkanında Rusiyadan sonra Qazaxıstan və Azərbaycan da neftin qiymətinin aşağı düşməsindən ciddi ziyan çəkir. Qazaxıstan milli valyutası tengenin ucuzlaşması davam edir. Bu il ərzində tenge 85.2% devalvasiyaya məruz qalıb.

Azərbaycan manatı dollara nisbətdə bu il 21 fevralda 35% ucuzlaşıb. Ukrayna qrivniası 48.7%, Belarus rublu 54.3% dəyərdən düşüb. Son ili ildə isə Ukrayna valyutası 193.4% ucuzlaşıb. 

Ekspertlər qeyd edirlər ki,  2016-cı il MDB iqtisadiyyatları üçün daha problemli olacaq, xüsusən, dolların bahalaşması xarici investisiyaların cəlb edilməsini çətinləşdirəcək. Bu ölkələrin xarici ticarət dövriyyəsi, valyuta ehtiyatları azalmaqda davam edəcək. Eyni zamanda 2016-cı ili yeni iqtisadi gerçəkliklərə uyğunlaşma ili kimi də qiymətləndirmək olar. Hökumətlər qənaət tədbilərini genişləndirməli və xərcləri kəskin şəkildə azaltmalı olacaqlar.

Strateq.az