Rusiyanın məşhur teleaparıcısı Kseniya Sobçak prezident Putinin dünən keçirdiyi mətbuat konfransına məhbus paltarını xatırladan ağ-qara zolaqlı kostyumda gəlib.
Maraqlıdır ki, Putin mətbuat konfransına həyatın ağ və qara zolaqları barədə lətifə danışmaqla başlayıb.
Lakin Sobçaka Putinə sual verməyə imkan verilməyib. Aparıcı özünün tvitter səhifəsində qısaca “vermədilər” yazıb. Sobçak bildirib ki, o Rusiya prezidentindən baş prokuror çaykanın ittiham olunduğu korrupsiya məsələsi ilə bağlı soruşmaq istəyirdi.