XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 10:38

Azərbaycanlı neftçi “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti təyin edilib

bp azer.jpg

“BP-Azerbaijan” şirkətində bu gün yeni təyinatla bağlı qərar qəbul edilib. “BP-Azərbaycan” şirkətinin “Azəri” yatağı üzrə əməliyyatlarının rəhbəri Elxan Məmmədov şirkətin Neft və Qaz hasilatı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.

Strateq.az Caspian  Barrel-ə istinadən bildirir ki, Elxan Məmmədov vəzifəsinin icrasına 2016-cı il yanvarın 1-dən başlayacaq.

Xatırladaq ki, Elxan Məmmədov “BP-Azerbaijan” şirkətində 2001-ci ildən çalışır.  Azərbaycan Neft Akaddemiyasını bitirib. İxtisasça avtomatikdir. “çıraq-1” platformasının ilk azərbaycanlı rəhbəri olub. Daha sonra şirkətin ixrac əməliyyatları üzrə meneceri vəzifəsində çalışıb. 2013-cü ildən isə “Azəri” yatağındakı bütün əməliyyatlara rəhbərlik edib.

Elxan Məmmədov Massaçusest Universiteti nəzdindədki Əməliyyatlar Akademiyasını bitirib. 2014-cü ildə neft və qaz sənayesindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Elxan Məmmədov “BP-Azerbaijan” şirkətində texniki vəzifədə top-menecer statuslu ilk yerli kadrdır. Buna qədər isə, vitse-prezidentlər adətən ictimaiyyət və hökumətlə əlaqələr, media, o cümlədən insan resursları kimi sahələrə təyin olunurdular.