XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 11:18

MDB-nin gözlənilməz demarşı: İcraiyyə Komitəsi dollardan imtinanı 2016-cı ilin əsas prioriteti elan edib

mdb sammit.jpg

2016-cı ildə MDB ölkələrinin əsas prioriteti iqtisadi sahədə əməkdaşlıq olacaq.

Strateq.az bildirir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Birlik ölkələrinin daimi nümayəndələrinin iclasında bildirib.

“2016-cı ildə planlaşdırılan bütün yeniliklər ilk növbədə iqtisadi sferada əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilib”, – deyə icraçı katib vurğulayıb.   

Onun sözlərinə görə, maliyyə və iqtisadi sahədə sıx və razılaşdırılmış fəaliyyətin olması  vacibdir. Bu, öz növbəsində digər dövlətlərin hərəkətlərinin MDB-dəki tərəfdaşların maraqlarına zərbə vurmasına mane olacaq.

İcraiyyə Komitəsinin sədri qeyd edib ki, söhbət həmçinin MDB ölkələri arasında maliyyə hesablaşmalarının dollar və avro ilə deyil, milli valyuta ilə ödənilməsinə keçiddən gedir.

Ekspertlərin fikrincə, bu addım ölkələr arasında ticarət münasibətlərini yüngülləşdirəcək.

S. Lebedev həmçinin vurğulayıb ki, beynəlxalq sahədə təhlükəsizliyin təmin olunması üçün fəaliyyətin razılaşdırılması da mühüm məsələdir: “MDB sərhədlərində gərginlik yaradan ekstremistlərin fəallaşması daha sıx əməkdaşlığın yaradılmasını tələb edir”.   

2015-ci ilin yekunlarına toxunan Lebedev qeyd edib ki, neftin qiymətinin enməsi ilə iqtisadiyyatda yaranan çətinliklər MDB ölkələrinə də təsir edib.

X. Səfəroğlu

Strateq.az