XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2015 - 09:46

Senat Obamaya dünyada insan hüquqlarını pozan istənilən şəxsə sanksiya tətbiq etmək hüququ verdi

senat ams.jpg

ABŞ Senatı cümə günü “İnsan hüquqları üzrə qlobal Maqnitski hesabatlılıq” Aktını qəbul edib.

Bu qanun bütün dünyada insan hüquqlarını pozanlara qarşı viza sanksiyaları tətbiq etməyə və aktivləri dondurmağa imkan verəcək. turan.az

Qanun ABŞ prezidentinə, dünyanın istənilən nöqtəsində insan hüquqlarını pozan istənilən şəxsə qarşı sanksiyalar tətbiq etmək hüququ verir. Bununla belə, prezident özü Konqresin icazəsi olmadan bu və ya digər sanksiyalar tətbiq edə bilər.

Yeni qanun 2012-ci ildən mövcud olan Maqnitski Qanununun genişləndirilmiş variantıdır.

Rusiyalı hüquqşünas Sergey Maqnitski həbsxanada işgəncə və qeyri-insani rəftar nəticəsində həlak olub. Bununla onu, Rusiyanın yüksək vəzifəli məmurlarının korrupsiyasını ifşa etmək istəyinə görə cəzalandırıblar. Bundan sonra Maqnitskinin ölümündə rolu olan böyük bir qrup məmur və şəxslərə qarşı sanksiyalar və qadağalar tətbiq edilib.