Məşhur rus muğənnisi Dimitri Malikov ucuzlaşan rubla mahnı yazıb.
Strateq.az bildirir ki, rubla mahnı ilə müraciət edən müğənni onu “möhkəm olmağa və şahin kimi tezliklə göyə ucalmağa” çağırıb.
Videoya bir sutka ərzində 67 min dəfə baxılıb.
“Sən şahin kimi uçacaqsan. Yalnız bir az döz. Qoy ağır olsun, amma xoşbəxtlik qarşıdadır. Dayan, hələ yıxılma“, – sözləri insanların onsuz da ağır olan iqtisadi durumunun pisləşməsindən xəbər verir.
Dima Malikov öz mahnısını “Rubla yeni il müraciəti” adlandırıb.