XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 12:25

Barak Obama Ərdoğanı İraqdan çıxmağa çağırdı – AÇIQLAMA

 

obama erdoqan.jpg

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bugünkü telefon danışığında onu İraqın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə çağırıb.

Strateq.az bildirir ki, bu barədə Ağ Evin telefon danışıqlarının yekunları ilə bağlı yaydığı məlumatında qeyd olunub.

Obama gərginliyin aradan qaldırılması üçün tədbirlər görməyin və türk hərbiçilərini İraqdan çıxarmaq barədə qərar qəbul etməyin vacib olduğunu bildirib.

“Prezident Obama Türkiyə ilə İraq arasında mübahisənin həll olunması üçün Ərdoğanla telefonla danışıb. Obama Türkiyə prezidentini İraqla bağlı bu məsələdə vəziyyəti gərginləşdirməməyə çağırıb və bunun üçün türk hərbiçilərinin İraqdan çıxartmağa çağırıb“, – deyə məlumatda bildirilir.

Hər iki prezident ABŞ, Iraq və Türkiyə ilə birgə İŞİD-ə qarşı hərbi əməliyyatların koordinasiya olunması ilə bağlı diplomatik  səyləri gücləndirmək barədə razılığa gəliblər.