Azərbaycan və Ermənistan prezidentlərinin görüşü 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün işlərin davam etdirilməsi arzusu ilə başa çatdı.
Strateq.az bildirir ki, bu sözləri Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik görüşün nəticələri ilə özünün twitter səhifəsində yazıb.
“Görüş hər iki prezidentin münaqişənin sülh yolu həlli üçün işi davam etdirmək arzuları ilə yekunlaşdı”.
Berndə keçirlən görüş 2 saata yaxın davam edib. Görüş bitən kimi prezident İlham Əliyev zalı tərk edib. Serj Sərksiyan isə həmsədrlərlə qalıb.