XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2015 - 08:24

Genişmiqyaslı döyüş əməliyyatları: 70 ölü
Genişmiqyaslı döyüş əməliyyatları: 70 ölü

Türkiyənin İraqla sərhəddi yaxınlığında yerləşən və kürdlərin kompakt yaşadığı Cizrə və Silopi şəhərində ordunun keçirdiyi anti-terror əməliyyatlarında öldürülən PKK-çıların sayı 70 nəfərə çatıb.

Bu barədə ölkənin təhlükəsizlik rəsmiləri bəyanat verib. Əməliyyatların gedişatında bir türk əsgəri şəhid olub. 4 gündür davam edən hərbi əməliyyatlarda Cizrədə 78, Silopidə 6, Diyarbəkirdə16 və Mardində 10 terrorçu olmaqla, ümumilikdə 110 terrorçu zərərsizləşdirilib.

Rəsmi Ankara Cizrədə və Silopidə 24 saatlıq komendant saat tətbiq etməklə, bölgədə muxtariyyət yaratmağa çalışan kürd döyüşçülərini məhv etmək üçün şəhərlərə çoxlu sayda hərbçi, polis qüvvəsi və zirehli texnika göndərib.
Təsdiq olunmayan qeyri-rəsmi məlumatlara görə, əməliyyatlarda minlərlə hərbçi iştirak edir.

Mardinin Nusaybin rayonunda PKK terrorçuları polisin zirehli maşının qumbaraatanla atəş açıb. Fırat, Diclə və Yenişəhir məhəllələrində küçələrə çıxmaqla bağlı qadağanın 1 həftəyə yaxın davam etməsi fonunda baş vermiş hücum nəticəsində zirehli maşında olmuş 3 çevik polis zabiti yaralanıb.

Yaralılar mərkəzi rayon xəstəxanasına təxliyyə olunub. Bölgədə əməliyyatlar davam etdirilir.

Türkiyənin cənub-şərqində aparılan döyüş əməliyyatları barədə açıqlama verən Baş nazir Əhməd Davudoğlu bildirib ki, iyulun 23-də Ankara “Sülh və Demokratiya” adlı əməliyyatına başlayan vaxt təhlükəsizlik zabitlərinə açıq aydın bir təlimat verib: 
“Türkiyənin dağlarını, vadilərini, yaylalarını, ovalarını, şəhərlərin küçələrini terrorçu ünsürlərdən təmizləmə tapşırığının yerinə yetirməyə davam edəcəksiniz”.

Bu arada Batman vilayətində kürd fəalların kütləvi yürüşünə icazə verilməməsindən sonra polislə yüzlərlə etirazçı arasında toqquşma baş verib. “Doğan” xəbər agentliyinə görə, əsasən HDP-dən olan fəallar və onların tərəfdarları ölkənin cənub-şərq bölgəsində tətbiq olunan komendant saatına etiraz etməyə çalışıb. Polis gözyaşardıcı qaz və su şırnaqlarının köməyi ilə etirazçıları küçələrdən dağıdıb.

Anspress.az