XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2015 - 11:14

Dünyanın nüfuzlu bankı: “Manatı növbəti devalvasiya gözləyir”

dollar-manat.jpg

2016-cı ildə Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini kəskin artırması məzənnənin tənzimlənməsi ilə əlaqədar FES-in siyasətinə istiqamətlənmiş Azərbaycan üçün qəbuledilməzdir. Bunu Danimarkanın dünyada məşhur onlayn investisiya bankı olan “Saxo Bank”ın Strategiyalar şöbəsinin müdiri Con Hardi deyib.

Onun sözlərinə görə, FES-in faiz dərəcələrini artırmasının Azərbaycan manatına təsiri ilk növbədə faiz dərəcələrinin artım tempindən və neftin qiymətlərindən asılı olacaq: “Manat artıq hazırda növbəti devalvasiya təhlükəsi altındadır, çünki ötən devalvasiyadan sonra neftin qiymətləri xeyli azalıb. Bu təzyiq neftin qiymətləri artsa, zəifləyə bilər, lakin 2016-cı ildə faiz dərəcələrinin artımı çox güman ki, Azərbaycan üçün qəbuledilməz olacaq”.

C.Hardi qeyd edib ki, Azərbaycan 2016-cı ildə milli valyutanın daha böyük devalvasiyasına hazırlaşmalıdır: “Yəqin ki, bu devalvasiya 2014-cü ilin sonu 2015-ci ilin əvvəlindəki miqyasda olmayacaq, çünki neftin qiymətləri 2016-cı ilin əvvəlində özünün minimum səviyyəsinədək düşəcək”.

Qeyd edək ki, dekabrın 16-da ABŞ Federal Ehtiyat Sistemi (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırdı.

Trend