XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 13:11

Putinə dost 12 ölkənin siyahısı açıqlandı – Rusları kimlər və niyə dəstəkləyir?

putin-v.jpg

Rusiya prezidenti Vladimir Putinin dünya ölkələri arasında 12 dostu var. Bu barədə Ukraynanın “Ordu, konversiya və tərksilah məsələlərinin tədqiqatı Mərkəzi”nin aparıdğı araşdırmada iddia olunur.  Araşdırmanın nəticələri ilə bağlı “Azadlıq radiosu” məlumat yayıb.

Putinin dostu olan ölkələr kimi çexiya, Macarıstan, Yunanınıstan, Kipr, Serbiya, Monteneqro, Finlandiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın adı çəkilir.

Araşdırmada qeyd olunur ki, çexiyada parlamentdə yerlərin 15% sahib olan kommunistlərin yaxşı nüfuzu var. Kommunistlər yaxınlarda Avropa İttifaqı ilə Ukrayna arasında Assosiasiya Sazişini blok etmişdilər.

çexlərin anti-Ukrayna əhvali-ruhiyyəsinin əsasında ölkənin aşağı səviyyəli işçi qüvvəsi donoru olması təsəvvürləri durur. Eyni zamanda Rusiyanın “Qazprom” şirkəti də Moskva lehinə geniş lobbiçilik işi aparır. Amma enerji daşıyıcılarının qiyməti düşdükcə şirkətin də təsiri azalacaq.

Analitiklər Macarıstanı da Rusiyanının əsas “forpost”larından biri kimi təsvir edirlər.  Avropaya inteqrasiyaya bədbin yanaşanlar Baş nazir Viktor Orbanın rəhbərliyi ilə mütəmadi olaraq Putin siyasətinin dəstəklənməsi ilə bağlı açıqlamalar verirlər. Analitiklərə görə, bu, Orbanının oyunudur. Macarıstan hər dəfə Rusiyaya qarşı sanksiyaların uzadılmasına səs verir.

Yunanıstanda çox güclü Rusiya lobbisi var. Hətta ABŞ-ın təzyiqlərinə baxmayaraq, ölkə Rusiya üçün Suriyaya göndərilən təyyarələrə öz hava sahəsini açıb.

Serbiya isə özünü Rusiyanın tarixi müttəfiqi kimi təqdim edir. MDB-dən kənar yeganə ölkədir ki, Rusiya ilə “Azad ticarət haqqında” saziş imzalayıb. Serbiyada Rusiyanın çoxlu mülkiyyəti var, xüsusən, enerji şirkətlkəri ruslara məxsusdur. Amma Moskva Serbiyaya böyük iqtisadi innovasiyalar təklif edə bilmir. Buna görə, Serbiyanın Rusiya ilə münasibətlərdə öz oyun qaydaları var. Serbiya da Rusiyaya sanksiyalara qarşı çıxmır.

Monteneqroda da Rusiyameylli qüvvələrin mövqeyi möhkəmdir. 2015-ci ilin oktyabrında ölkənin NATO-ya üzv olması planlarına qarşı etirazların təşkilində də Moskva günahlandırılıb.

Finlandiya da iqtisadi maraqlara görə, Rusiyadan asılı olan ölkələrdəndir. Bununla belə finlər sanksiyaları dəstəklədirlər. Finlandiya bəyan edir ki, “Rusiyanı tam təcrid etmək olmaz”. Rusiyanın iqtisadi gücü zəiflədikcə Finlandiya da Moskvadan uzaqlaşır.

Krımın ilhaqı, Rusiyanın Ukraynanın şərqində müharibə başlatması Türkiyə ilə Rusiya münasibətlərini gərginləşdirə bilmədi. Yalnız türklərin rus təyyarəsini vurması Moskva-Ankara münasibətlərini korladı. Ekspertlərin fikrincə, “Putin Türkiyə ilə insidentdə özünü güzgüdə görməyə başlayıb”.

Misirin Rusiya ilə əməkdaşlığı isə “teatral jest” kimi qiymətləndirilə bilər. ölkədə amerikalılara qarşı mənfi münasibət var. Vaşinqtonu İsraili dəstəkləməkdə ittiham edirlər. Rusiya isə ənənəvi olaraq ABŞ-ın rəqibi kimi qəbul edilir.

Suriya məsələsində İran və Moskvanın maraqları çox zaman üst-üstə düşür. Amma Suriya məsələsindən kənarda bu ölkələr daha çox rəqibdirlər.

Baxmayaraq ki, Azərbaycan Krımın ilhaqını tanımadı və Ukraynanın ərazi bütövlüyünə səs verdiBakı son illər Rusiyaya meyllənir. Azərbaycan Aİ ilə Assosiasiya Sazişi imzalamayıb, eyni zamanda Avrasiya İttifaqına da qoşulmayıb. Azərbaycan Rusiyadan ən çox silah alan ölkələrdən biridir.

Ermənistanda isə həyatın bütün sferaları rusların nəzarətindədir. Rusiya Ermənistanı ucuz enerji daşıyıcıları ilə təchiz edir. Bununla belə, zaman-zaman Ermənistanda da Rusiya təsirinin artmasına etirazlar baş verir.

Strateq.az