XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 15:22

PKK-çılarla döyüş şiddətləndi – Türkiyə ordusu bölgəyə tank və toplar yeritdi (FOTOLAR)

Türkiyənin Şırnak vilayətində PKK-çılara qarşı əməliyyat şiddətlənib.

Strateq.az xəbər verir ki, terrorçuların əsas güc nümayiş etdirdiyi Şırnakın Cizrə və Silopi bölgəsində tətbiq edilən bayıraçıxma qadağasının 7-ci günündə terrorçular gecə küçələrdə xəndəklər qazıb, barrikadalar qurublar. Eyni zamanda, onlar ordu və polislərə davamlı hücum etməyə cəhd ediblər. Bunu nəzərə alan ordu rəhbərliyi bölgəyə yeni qüvvələr, hətta ağır texnika – zirehli maşınlar, tank və toplar yeridib:

“Tank və toplar bölgədə terrorçuların müəyyənləşdirilən yerlərini vurmağa başlayıb”.

Məlumatda o da qeyd olunur ki, minaatan və digər bu kimi ağır silahlarla təchiz edilən terroristlər orduya müqavimət göstərməkdə davam edir: “Şiddətli atışmada bir əsgər şəhid olub. Ordu bundan sonra atışmanın şiddətli olduğu küçəyə 30 zirehli texnika yeridib, xeyli terrorist zərərsizləşdirilsə də, hələ də döyüşlər davam edir”.

Məlumatda o da qeyd olunur ki, atışmada 300-dən çox ev zərər görüb: “PKK-çılar qorunmaq və gizlənmək üçün evlərə girir, oradakı ailələri təhdid edərək, mənzilləri boşaldırlar. Bununla həm o evlərdən səngər kimi istifadə edirlər, həm də əhalinin orduya qarşı qaldırmaq niyyəti güdürlər. Bunu nəzərə alan bölgə camaatı özləri evlərini tərk edərək, ətraf şəhərdə yaşayan qohumlarının yanına getməyə çalışırlar”.

Son məlumata görə, ordu və şəhər rəhbərliyi əhalini əmin edib ki, qısa zamanda burada terroristlərin kökü kəsiləcək və PKK-çıların onlara vurduğu zərər də qarşılanacaqdır.

Bu dəqiqələrdə Van şəhərində də PKK-çıları HDP-nin 800 üzvünü ayağa qaldırıb. Onlar küçələrə çıxaraq Cizrədəki terroristlərə dəstək verməyə cəhd ediblər. Bu zaman onlar daşlarla polislərə hücum ediblər. Polis və ordu gücləri olaya müdaxilə edərək, şəhəri bir-birinə qatmaq istəyən HDP və PKK-çıları zərərsizləşdirməyə başlayıblar.

Strateq.az