XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 18:36

Eldar Mahmudovun adamı özünü mələfə ilə asıbmış – RƏSMİ AÇIQLAMA

 

i ntihar mtn.jpg

Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasında özünü asaraq intihar etdiyi bildirilən sabiq MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin ölümü ilə bağlı rəsmi açıqlama yayıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilib ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2, 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib. (APA)

Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İlqar Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib. Tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İlqar Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq,  həmin anda ölüm halı artıq baş verdiyindən, ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İlqar Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib.

Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.