XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 04:52

Ermənistan PA rəhbəri: “Heç nə barədə razılıq əldə olunmayıb”

Vigen-Sarkisyan.jpeg

“Ermənistan üçün başlıca vəzifə Dağlıq Qarabağ münaqişəsinin Rusiya, Fransa və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasıdır”. Bu barədə Ermənistan prezidenti aparatının rəhbəri Vigen Sərkisyan dünən gecə saatlarında “Ermənistan TV” kanalında “R-evalyuçiya” verilşində bildirib.

Onun sözlərinə görə, Minsk qrupu tərəflərin mövqelərinin yaxınlaşması üçün tam şərait yaradıb.

V.Sərkisyan bildirib ki, “bütün məsələlər razılaşdırılmayıbsa, heç nə barədə razılıq əldə olunmayıb”.

O, qeyd edib ki, “vasitəçilərin istənilən təklifi daha geniş kontekstdə nəzərdən keçirilməlidir. Ermənistan tərəfi üçün bu kontekst aydındır və anlaşılandır: münaqişənin nizamlanmasının əsas komponenti Dağlıq Qarabağ xalqının öz müqəddəratını həll etməsi hüququ olmalıdır.  Bütün başqa şeylər bundan doğur və status məsələsinin həllindən irəlidə dura bilməz”.

İsveçrədə, Bern şəhərində ötən şənbə günü Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə danışan V.Sərkisyan qeyd edib ki, “Yerevanda cəbhə xəttində gərginliyi nəzərə alaraq görüşlərə, dialoqa xüsusi əhəmiyyət verirlər. Eyni zamanda o da aydındır ki, problemin həllinə çətin ki, bir görüşlə nail olmaq mümkün olsun. Bunun üçün daha çox zaman lazımdır”.

Ermənistan PA rəhbəri əlavə  edib ki, istənilən mürəkkəb danışıqlarda görüşlərin mütəmadi keçirilməsi çox vacibdir, bu dinamikanı saxlamağa, həll variantları tapmağa kömək edir: “Ən vacibi odur ki, tərəflər bir-biri ilə danışırlar”.

O bildirib ki, bu günə qədər cəbhə xəttində insidentlərə nəzarət üzrə mexanizm yaradılmayıb: “İnsidentlərin araşdırılması üçün mexanizmlərin yaradılması, atəşkəsə nəzarət üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin həyata keçirdiyi monitorinqin imkanlarının gücləndirilməsi vəzifəsi qarşıda durur. Yaxın həftələr və aylarda biz bu mexanizmin yaradılması barədə təklflər eşidəcəyik“.

Strateq.az