XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2015 - 06:06

ABŞ üçün əsas təhlükələr açıqlanıb: NATO-Rusiya toqquşması istisna edilmir

absh-1.jpg

ABŞ Konqresinin analitik mərkəzi Beynəlxalq Münasibətlər üzrə Şura (CFR) 8-ci illik “Preventiv prioritetərinin tədqiqatı-2016” araşdırmasını açıqlayıb. Bu araşdırma çərçivəsində Amerika ekspertləri gələn ildə ABŞ-ın milli təhlükəsizliyi və milli maraqları ilə bağlı təhdidləri öyrənib və qiymətləndiriblər.

Strateq.az Ria.novosti agentliyinə istinadən xəbər verir ki, 500-dən çox ekspert yeni münaqişələrin yaranmasına, yaxud mövcud olanların eskalasiyasına səbəb ola biləcək münaqişələri dəyərləndiriblər. Mindən çox variantdan 30 variant seçilib. Sonra onlar “yüksək”, “orta”, “aşağı dərəcəli” təhlükələr kateqoriyalarına bölünüblər.

ABŞ üçün əsas təhlükələr kimi Suriyada hərbi əməliyyatların intensivləşməsi, ABŞ və onun müttəfiqlərinə böyük insan tələfatına səbəb ola biləcək mümkün hücumlar, infrastruktura böyük kiberhücum, Şimali Koreya ilə ağır böhranın yaranması, Türkiyə hakimiyyəti ilə kürd separatçıları arasında münaqişənin güclənməsi, İsrail və Fələstin arasında münaqişənin güclənməsi, Liviyanın siyasi bölünməsi və digər münaqişələr qeyd olunub.

Araşdırmanın əsas müəlliflərindən biri Pol Streys qeyd edib ki, əsas təhlükələr sirasında üçündən başqa digərləri,  bu və ya digər dərəcədə Yaxın Şərqlə bağlıdır.

Bundan başqa, araşdırma dərc olunmağa başlanandan bəri ilk dəfə olaraq “miqrant axını ilə əlaqədar, terrorçuların dəqiq zərbələri, miqrantlara və qaçqınlara qarşı zorakılqlar nəticəsində, Avropada siyasi və sosial sabitliyin pozulması” təhlükəsi qeyd olunub.

Ukrayna və Rusiya arasında münaqişənin gərginləşməsi əsas təhlükələr sırasında yoxdur. Minsk razılaşmalarının əldə olunması, Ukraynanın şərq vilayətlərində atəşkəsə riayət edilməsi bu ssenarinin “orta dərəcəli təhlükələr”  sırasına düşməsinə səbəb olub.

Bununla belə, yenə ilk dəfə olaraq Rusiya ilə NATO arasında silahlı toqquşma yaranmasının mümkünlüyü əsas təhlükələrdən biri kimi göstərilib.

Əsas təhlükələr sırasında Cənubi çin dənizində ABŞ-çin hərbi toqquşmasının mümkünlüyü də qeyd olunub.

Strateq.az