Azərbaycanda ABŞ dolları və avro bahalaşıb.
Mərkəzi Bankın bu gün açıqladığı AZN məzənnələri ilə bağlı cədvələ əsasən, bu günə 1 ABŞ dollarının manata nisbətdə kursu 1 USD/1.5500 AZN müəyyənləşib. 1 avro isə 1.6850 AZN dəyərindədir. Rusiya rublu ilə bağlı məzənnə kursu isə 1 RUB/0.0218 AZN olaraq müyəyyənləşib.
Beləliklə, ABŞ dollar 47,63% bahalaşıb.
Bu gündən isə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
Ekpsertlər qeyd edirlər ki, yaxın perspektivdə dollar 2.20 AZN-ə qədər bahalaşa bilər.
Xatırladaq ki, bu il fevralın 21-də manat 34% devalvasiyaya məruz qalmışdı. Fevralın 21-dən əvvəlki kursla müqayisədə (1USD/0.78 AZN) manat 98.7% ucuzlaşıb
18 dekabr 2015-ci il tarixdə isə məzənnə aşağıdakı kimi olmuşdu:
1 USD/1.0499AZN
1 EUR/1.1394 AZN
Strateq.az