XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 06:55

Neft son 11 ildə ən ucuz qiymətə satılır

neft ciraq.jpg

Dünya bazarında “Brent” markalı neftin bir barrelinin qiyməti son 11 ilin ən minimal həddinə enib. “Report” xəbər verir ki, bu gün səhər saatlarında “Brent” markalı neftin bir barrelinin qiyməti 36,18 dollara qədər enib. 
 
Qeyd edək ki, bu qiymət “Brent”in 2008-ci il dekabrında satıldığı 36,20 dollar/barrel səviyyəsindən aşağıdır. Neft qiymətlərinin enməsinə səbəb ABŞ Konqresində neft ixracı embarqosunun qaldırılması və İran neftinin bazara çıxırılması ilə bağlı hazırlıq görməsi xəbərləri olub.
 
“Report”un analitik qrupu xəbər verir ki, “Brent” markalı neftin qiymətinin ardıcıl bir neçə gün 36,20 dollar/barrel səviyyəsindən aşağı qalacağı təqdirdə, qiymətlərin 23 dollar/barrelə qədər enməsi ehtimal edilir. İran neftinin bazara daxil olması və çin iqtisadiyyatının zəif göstəricilərinin açıqlanması 2016-cı ilin ilk rübündə neftin qiymətini kəskin aşağı sala bilər. Uzunmüddətli perspektivdə isə neftin qiyməti 20-50 dollar/barrel diapazonunda dəyişəcək.
 
Strateq.az