XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 07:25

Dolların kəskin bahalaşması hökuməti vacib qərara məcbur etdi – Gömrükdə monopoliya aradan qaldırılır!

gomruk-11.jpg

Mərkəzi Bank ötən həftə ərzində 750 milyon manatın intervensiyasından sonra bank ehtiyatlarının 6,2 mlrd. manatdan 5,5 mlrd. manat düşməsinin ardından manatın məzənnəsini sərbəst buraxılmasına qərar verildi. Beləliklə, bundan sonra dövlət bankı milli valyutanın kursunu sabitləşdirmək üçün vəsait xərcləməyəcək.

Xatırladaq ki, bu il fevral ayının 21-də baş verən devalvasiyadan sonra Mərkəzi Bank milyardlarla vəsait xərcləyərək manatın daha da ucuzlaşmasının qarşısı almağa çalışmışdı. Amma neftin qiymətinin kəskin şəkildə ucuzlaşması hökumətin gözləntilərini doğrultmadı və milli valyutanın kursu sərbəst buraxıldı.

Ekspertlər manatın dollar və avro qarşısında bundan sonra da sürətlə dəyərini itirəcəyini proqnozlaşdırırlar.

Bu günlərdə hökumət iqtisadi böhranın təsirlərini azaltmaq üçün daha bir vacib qərar qəbul edib. Hökumətdəki mənbələrdən Strateq.az-a daxil olan məlumata görə, gələn il yanvar ayının 1-dən etibarən gömrükdə monopoliya aradan qaldırılacaq. Artıq indidən iş adamlarına öz firmaları vasitəsi ilə ölkəyə istənilən məhsulları, xüsusən ərzaq gətirməkdə sərbəst olduqları bildirilib.Yalnız dövlət rüsumları ödənəcək, Azərbaycana gətirilən məhsulların çeşidi ilə bağlı əvvəlki qadağalar isə birmənalı şəkildə aradan qaldırılacaq: “Hökumət bu addımı atmağa məcbur qaldı. çünki manat kəskin ucuzlaşır, ölkə idxaldan asılı vəziyyətdədir. ölkəyə gətirilən bütün məhsullar dollar və ya avro ilə alınır. Dolların bahalaşdığı şəraitdə, təbii ki, bütün məhsulların qiymətləri artacaq, eyni zamanda gömrükdə iş adamlarından tələb olunan qeyri-rəsmi ödənişləri də bunun üzərinə gəldikdə, ölkədə dəhşətli bir bahalaşma yaranar. Bir faktı da nəzərə almaq lazımdır ki, əlində pulu olan əksər iş adamları bu şərtlər daxilində ticarət aparmırlar. Ya pullarını ölkədən çıxarırlar, ya da dollara çevirib evdə saxlayırlar. Bu da ölkədə bahalaşma ilə kəskin ziddiyət təşkil edən pul qıtlığına, ticarət dövriyyəsinin zəifləməsinə gətirib çıxarır. ölkə iqtisadiyyatında xaos yarana bilər, gömrükdə monopoliyanın aradan qaldırılması bu vəziyyətdən yeganə çıxış yoludur”.

Mənbə təəssüflə onu da qeyd edir ki, belə bir qərar verilsə də, iş adamlarının hökumətə inamı itib, onları inandırmaq, sərmayələr yatırmağa həvəsləndirmək artıq xeyli çətin məsələyə çevrilib: “Bundan başqa, Azərbaycanda uzun illər hökmranlıq edən monopoliya bazarda iri şirkətlərin, istehsal müəssisələrinin, emal sənayesinin yaranmasına imkan verməyib. Ərzaq bazarında hökmranlıq edən monopolist firmalar ticarətə başlayan yeni şirkətlərə, iş adamlarına ciddi problemlər yaradacaq. Yaxşı olar ki, İqtisadiyyat və Sənaye Nazirliyi antiintihisar tədbirlərinə start verib bazarda normal şərtləri təmin etsin” – deyə mənbə vurğulayıb.

Strateq.az