XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 09:17

Deputat Elman Rüstəmovu sərt tənqid etdi: “Valyuta ehtiyatını əritməzdən əvvəl bu addımı atmalıydı”

 

vahid ehmedov.jpg

“Bu addımı ölkənin valyuta ehtiyatlarını əritməzdən öncə atmaq lazım idi ki, indi bir gecənin içində belə qərar qəbul etməyə ehtiyac qalmasın”.

Bu sözləri Baş nazirin keçmiş birinci müavini, deputat Vahid Əhmədov Mərkəzi Bankın “manatın üzən məzənnə rejimi”nə keçməsi qərarını Turan-a şərh edərkən deyib.

V.Əhmədova görə, bu ilin yayından postsovet məkanında milli valyutalar məzənnələrini itirməyə başlayanda bu addımı atmaq lazım idi. “Neftin dəyəri düşəndə bunu etmək lazım idi, manat birbaşa neftə bağlı valyuta idi, daha ehtiyatları 15 milyard dollardan 5 milyard dollara endirdikdən sonra bu addımı atmağa ehtiyac qalmayacaqdı”, – deputat AMB-ninı addımını tənqid edib.

Onun fikrincə, bu addım ölkədə hər şeyə təsir edəcək, bahalaşma, inflyasiya güclənəcək. AMB-nin elan etdiyi məzənnənin həlledici olmadığını deyən deputat bankların buna reaksiyasının necə olacağını gözləməyin lazım gəldiyini  vurğulayıb.

Xatırladaq ki, bu ilin fevralında manat önündə 78 qəpik olan dollar 1,05 manata yüksəldi. Həmin vaxtdan “manatın üzən məzənnə”yə keçəcəyi barədə mətbuatda yazılar yer almağa başladı. Buna baxmayaraq, bu, baş vermədi. Manatın məzənnəsini saxlamaq üçün AMB 15 milyard dollar ehtiyatını indiki 5 milyard dollara endirdi.