XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2015 - 15:58

Dərmanların qiyməti bahalaşacaq- Tarif Şurası

derman-1.jpg

Manatın dollara nisbətdə yeni məzənnəsinə uyğun olaraq, dövlət tərəfindən tənzimlənən dərman preparatlarının qiymətlərinə yenidən baxılacaq.

Fins.az xəbər verir ki, bunu Tarif (qiymət) Şurasından deyiblər. Şuradan qeyd ediblər ki, dərman preparatlarının qiymətləri 10 əsas ölkədəki – Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya – qiymət əsasında formalaşır: “Dərmanlar xarici valyutada alınır, buna görə də qiymətlərə yenidən baxılmasına ehtiyac var”.