“Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın bilet satışı davam edir. Bu günə olan məlumata görə, 12 min 500 bilet satılıb.
Futbol klubundan Azərtac-a bildirilib ki, azarkeşlər biletləri “ASAN xidmət” mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik” Mall, “Park Bulvar” alış-veriş mərkəzləri, 69x və iTicket köşklərindən əldə edə bilərlər.
Xatırladaq ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-də saat 20:00-da başlayacaq.