XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 04:39

Ərdoğan Putinin yalanını açdı

erdoqan-2.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Suriyada yaşayan türkmənlər barədə şəxsən danışdığını açıqlayıb. Putin isə bu günlərdə keçirdiyi illik ənənəvi mətbuat konfransında Suriya türkmənləri barədə heç eşitmədiyini açıqlamışdı.

Ərdoğan Bursada Sənaye-Ticarət Palatasında çıxışı zamanı idda edib ki, Putinə Suriyanın şimalında yaşayan türkmənlər barədə şəxsən məlumat verib: “Onlar bildirirlər ki, türkmənlər barədə onlara heç nə deyilməyib. Mən şəxsən Putinə Suriyada Bayırbucaqda İŞİD olmadığını, orada ancaq türkmənlər yaşadığını demişəm”.

Bu il 17 dekabrda baş tutan illik mətbuat konfransında Putin qeyd etmişdi ki, Suriya türkmənləri barədə heç eşitməyib. Onun sözlərinə görə Moskva Ankara üçün həssas məsələlərdə əməkdaşlığa açıq olub. Ankara isə Suriya türkmənlərinin marağının nəzərə alınması ilə bağlı məsələ qaldırmayıb: “Türkmənlər haqqında mən heç nə eşitməmişəm. Mən bilirəm ki, türkmənlər, bizim doğma türkmənlər Türkmənistanda yaşayır. Burada isə heç nə başa düşmək olmur. Bizə heç kim heç nə deməyib”.

Strateq.az