XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2015 - 05:12

Putin və Obamanı hansı ölkələrdə daha çox bəyənirlər?-Sorğu

Putin-Obama-22.jpg

ABŞ-ın nüfuzlu AWIN/Gallup International tədqiqat şirkətinin 65 ölkədə apardığı sorğunun nəticələrinə görə, 10 dünya lideri arasında ən çox rəğbət bəslənilən Barak Obamadır.

ABŞ liderini responendetlərin 65% müsbət qiymətləndirib. 29% respondent isə ona qarşı mənfi yanaşır. Obama,  xüsusən Cənubi Asiyada (65%), Avropa İttifaqı ölkələrində(67%), Latın Amerikasında (65%), Saxaradan cənubdakı Afrika ölkələrində (65%)  daha çox bəyənilir. Yaxın Şərq ölkələrində və Şimali Afrikada Obamanı yalnız 33% müsbət xarakterizə edib.

İkinci yeri Almaniya kansleri Angela Merkel tutub. Onu sorğu keçirilən ölkələrdəki responentlərin 42% təqdir edir.  Britaniya lideri Devid Kemrona isə 37% rəğbət bəsləyir. Onu daha çox Cənubi Asiyada (53%) və Şimali Amerikada (46%) bəyənirlər.

Rusiya lideri Vladimir Putinə isə respondentlərin 33% rəğbətini bildirib.  Bu göstəriciyə görə, o ilk üçlükdə olanlarla yanaşı Fransa prezidenti Fransua Ollanda da uduzur.

Liderlərə qarşı rəğbət bəsləyənlərlə mənfi yanaşanlar arasında fərqə görə Putin 8-ci yeri tutub. Rəyi soruşulanların 43% Putinə neqativ münasibətini bildirib.

Putindən sonra bu göstəriciyə görə, İran və Səudiyyə Ərəbistanı dövlət başçıları gəlir.

Putini daha çox postsovet ölkələrində (55%) dəstəkləyirlər. Ona qarşı mənfi münasibət daha çox Avropada (67%) və Şimali Amerikadadır (65%).

Sorğuda ümumilikdə, 64 min nəfər iştirak edib. Sorğu 2015-ci il sentyabr-dekabr aylarında keçirilib. Respondentlərdən 10 dünya liderinə münasibətini açıqlamağı xahiş ediblər.

Strateq.az