XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 08:50

Rus mətbuatı: Ermənistanla Azərbaycan arasında müharibə təxirə salınır – Təhlil

muharibe-1.jpg

Nəhayət, keçən istirahət günü İsveçrənin Bern şəhərində Ermənistan və Azərbaycan prezidentlərinin görüşü baş tutdu. İlham Əliyev və Serj Sərkisyan 2014-cü ilin 2014-cü ilin payızından görüşmürdülər və “tet-a-tet”  ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutdu.

Prinsipcə, tərəflərin danışıqları təmas xəttində hərbi durumun ciddi şəkildə kəskinləşməsindən pozula da bilərdi. Yaralılar və ölənlər var. Lakin, ehtimal ki, ağıl üstün gəldi və danışıqlar – əvvəlcə geniş formatda, sonra isə təkbətək – hər halda baş tutdu. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin öz Twitter səhifəsində yazdığı kimi, “Ermənistan və Azərbaycan prezidentlərinin görüşü sülh nizamlanması üzrə 2016-cı ildə iş naminə tostla başa çatdı”.

ümumiyyətlə, Əliyev və Sərkisyan danışdılar, içdilər (tost ki deyilib!) və öz iqamətgahlarına yollandılar.

Sonra nə olacaq? Ciddi deyilsə, bu, artıq pis nəticə deyil, axı təmas xəttindəki yaylım atəşləri və qurbanlar, həmçinin danışıqlardakı uzun fasilə  fonunda bu, olmaya da bilərdi.

Güman ki, bu görüşdən sonra Azərbaycanın bu yaxınlarda işə saldığı tanklar bir müddət susacaq, çünki tərəflər anlayırlar ki, müharibə qızışsa, qaliblər olmayacaq. Yəni İrəvanla Bakının hərbi siyasəti daha təmkinli olacaq.

Digər tərəfdən, Güney Qafqazla qonşu Yaxın Şərqin iştirakı ilə geopolitik durumun sürətlə dəyişilməsi əminlik yaratmır ki, Əliyevlə Sərkisyanın uzun müddət gözlənilən görüşü münaqişə zonasında davamlı sabitliyi təmin edəcək.

Analitik Tofiq Abbasovun hesab etdiyi kimi, “Əliyev və Sərkisyan pis sülhü seçdilər. Danışıqların detalları çıxdaş edilsə, görüşü nəticəli saymaq olar, çünki Qarabağ münaqişəsinin nizamlanması ətrafında siyasi prosesin öldürülməsinin qarşısını aldı”.

Politoloqun fikrincə, “danışıq prosesinin neytrallaşdırılması planı da var idi, lakin hələlik demək olmaz ki, onu tamamilə arxa plana keçirtmək mümkün olub”.

Ekspert ehtimal edir ki, “İrəvan siyasi prosesin pozulmasında maraqlıdır, lakin istisna olunmur ki, İrəvanın yanaşmasında sağlam düşüncəyə doğru dönüş qeydə alınır”.

Yeri gəlmişkən, Azərbaycanı təcavüzdə və müharibəni qızışdırmaqda ittiham edən erməni ekspertlər də belə mühakimə yürüdürlər. Lakin onların yanaşmasındakı fərqlər tamamilə müxtəlif gerçəkliklərə söykənir və münaqişəni sülhlə həll etmək üçün ermənilər Azərbaycan ərazisini azad etməli olacaqlar. İrəvan bu həddə qədər yetişibmi, ya onu yetişməyə məcbur edəcəklər – hələlik məlum deyil (bunu isə ancaq Rusiya edə bilər).

Lakin Azərbaycan ərazilərinin qaytarılması prosesi başlansa, Ermənistanda daxili siyasi durum kəskin şəkildə pisləşəcək, yəni ölkədə parçalanma baş verəcək, çünki siyasi qüvvələrin heç də hamısı ağ bayraq atmağa meylli deyil.

Beləliklə, Minsk qrupumu, yaxud Rusiyamı və ya Əliyevlə Sərkisyanmı danışıqlarda əvvəlki fasiləyə yol verrməməli və müharibənin başlanmaması üçün qarşılıqlı şəkildə məqbul şərtlər irəli sürməlidirlər. Lakn qeyd edək ki, Əliyev-Sərkisyan danışıqlarından sonra yenə də təmas xəttində atışma dayanmayıb. Güman ki, “formanı saxlamaq” zərurətindən. Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, ötən gün ərzində Ermənistan SQ atəşkəs rejimini 88 dəfə pozub – 60-82-120 mm-lik minomyotlardan istifadə edilib. Azərbaycan SQ düşmənin mövqelərinə 97 atəş zərbəsi endirib.

Tanınmamış DQR-nın hərbi idarəsi isə Azərbaycanın dekabrın 20-21-də haubitsalardan istifadə etdiyini, Azərbaycan hərbçilərinin müxtəlif kalibrli silahlardan 1700 dəfə atəş açdığını bildirir.

Bir sözlə, Əliyev-Sərkisyan görüşündən izafi gözlənti olmamalıdır, lakin təkrar edirik, bu fakt ümid doğurur ki, beynəlxalq durumun gərginliynə (Suriya, Rusiya-Türkiyə münasibətləri və s.) baxmayaraq, danışıq prosesi təzələnib. Ya da hazırda yeni müharibə nə Qərbə lazımdır, nə də Rusiyaya, çünki tərəflərdən heç biri Güney Qafqazın bulanıq sularında iri balıq tutmağa nail olmayacaq.

Düzdür, Bakı və İrəvan hansısa bir məqamda xarici aktyorlar tərəfindən tamamilə idarəedilməz ola bilər. Lakin, birincisi, Ermənistan və Qarabağ Rusiyasız müstəqil şəkildə Azərbaycana qarşı dura bilməz. Moskva üçün isə indi yeni hərbi qarşıdurmanın heç yeri deyil.  

Azərbaycana gəlincə isə, indi onun pulla bağlı durumu ağırdır, müharibə isə böyük maliyyə tələb edir: manat 50%-ə qədər dəyərsizləşib, neftin qiyməti aşağıdır, neft srtukturunu yanğın qismən məhv edib, strateji tərəfdaş Türkiyə ilə münasibətlər pisləşir. Bütün bunları toplu halda Bakının qabağını kəsən amil saymaq olar.

Beləliklə, hər şey ondan xəbər verir ki, ən yaxın perspektivdə Ermənistanla Azərbaycan arasında müharibə təxirə salınır. Əlbəttə, “yeni herostart” tapılmasa. Lakin bu, artıq psixiatriya sahəsinə aiddir.

 

İrina Corbenadze

Rosbalt.ru, 21.12.2015