XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 07:05

Təhsil nazirinin müavini: “Müəllimlərin əmək haqlarında heç bir dəyişiklik gözlənilmir”

 

ceyhun nazir.jpg

Azərbaycanda əmək haqlarının hesablanması manatla nəzərdə tutulub ki, buna görə də müəllimlərin əmək haqlarında heç bir dəyişiklik gözlənilmir”.

Bunu Təhsil nazirinin müavini Ceyhun Bayramov dolların məzənnəsinin artmasının müəllimlərin maaşlarına nə dərəcədə təsir etməsi məsələsini şərh edərkən bildirib.

Qeyd edək ki, ilk dəfə 2014-cü ildə paytaxt məktəblərində çalışan 30 min müəllimin ixtisas və metodika sahəsində biliklərinin, kommunikativ qabiliyyətlərinin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu ilin sonuna kimi ölkənin daha 3 şəhər və 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi prosesi başa çatacaq. Bu il 30 minə yaxın müəllimin biliyi yoxlanılacaq. Bu da ölkə müəllimlərinin təxminən 40 faizini əhatə etmiş olacaq. Gələn il yanvarın 1-dən isə onların maaşları artımla hesablanacaq. Əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmayacaq, artım bütün müəllimlərin əmək haqlarına eyni səviyyədə təsir göstərəcək.

Report