XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 07:37

Rusiyanın məşhur bankının Azərbaycan filialı ABŞ-ın sanksiya siyahısına düşüb?

 

vtb.jpg

ABŞ hakimiyyəti Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların siyahısında Rusiyanın VTB Bankı da da var. Amerikanın Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Sanksiyalar Rusiyanın VTB bankının Ukrayna, Qazaxıstan və Avropadakı əksər törəmə qurumlarına şamil edilib.

Strateq.az bildirir ki, Rusiyanın bu məşhur bankının Azərbaycanda da filialı fəliyyət göstərir.

Bank VTB (Azərbaycan) ASC-nin səhmdar kapitalı Rusiya tərəfi – Bank VTB ASC (51%) və Azərbaycan tərəfi – “AtaHoldinq” ASC (48.99%) və fiziki şəxs (0.01%) arasında bölüşdürülüb.

Bank VTB (Azərbaycan) ASC-nin rəsmi açılışı 23 noyabr 2009-cu ildə olub. 162 saylı Bank lisenziyası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 11 mart 2009-cu ildə verilib.

Bank VTB (Azərbaycan) müştərilərə geniş spektr xidmətlər göstərir. Bank VTB (Azərbaycan)-ın xidmətləri siyahısına VTB Qrupunun müvafiq törəmə şirkətlər tərəfindən göstərilən qeyri-bank xidmətləri – trast və investisiya, lizinq və s. xidmətlər də daxildir. Azərbaycan real sektoruna, Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığın inkişafına dəstək, eləcə də birgə layihələrin maliyyələşdirilməsi bankın qarşısında olan əsas məsələlərdir.

Hazırda bank Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində 15 satış məntəqəsinə malikdir.

Fəaliyyətinə başlayan dövrdən bank VTB (Azərbaycan) bütün əsas istiqamətlər üzrə yüksək göstəricilərə nail olub. 1 yanvar 2015-ci il tarixinə bankın aktivləri 288,9 mln manat, məcmu kapital isə 50,2 mln manat təşkil edib.

ABŞ sanksiya siyahısında sanksiyaların  VTB bankının Avropadakı əksər törəmə qurumlarına şamil edilib. Qeyd edək ki, Bank VTB (Azərbaycan) MDB, Avropa, Asiya və Afrika ölkələrində bank və maliyyə təşkilatları ilə olan VTB Qrupa daxildir.